Vergi Məcəlləsinə edilmiş dəyişikliklər 2025
2025-ci il Üçün Vergi Məcəlləsi Dəyişiklikləri – Yeniliklər və Tətbiq Qaydaları
2025-ci il yanvarın 1-dən etibarən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən son dəyişikliklər rəsmi olaraq gücə minir. Bu dəyişikliklər iş adamları, sahibkarlar və vergi ödəyiciləri üçün bir sıra vacib yeniliklər təqdim edir. Defence Law Office olaraq, biz bu dəyişikliklərin mütəxəssis tərəfindən təhlil edilərək biznesinizə təsirini izah etməyə hazırıq.
Bu bloqda, 2025-ci il Vergi Məcəlləsi Dəyişikliklərinin əsas istiqamətlərini, yeni vergi güzəştlərini, artan sanksiyaları və vergi orqanlarının səlahiyyətlərini ətraflı təhlil edəcəyik.
Vergi Orqanları və Vergi Ödəyicilərinin Yeni Vəzifələri
1. Bazar Qiymətləri İlə Bağlı Yeniliklər
Vergi orqanları bazar qiymətlərinin mùəyyən edilməsi üsulunu dəyişdirib. Artıq malların qiyməti:
- Eyni cinsli mallara əsaslanmadan;
- Rəsmi bazar məlumatları olduqda;
- Ekspert rəyi ilə dəqiqləşdiriləcək.
Bu dəyişiklik özəlliklə beynəlxalq ticarət aparan sahibkarlar üçün vacibdir.
2. Bazar Sahiblərinin Yeni Vəzifələri
Bazar sahibləri icarəyə verilmiş obyektlərin vergi qeydiyyatını təmin etmək məcburiyyətindədir.
- Bazar daxilində obyektin işləməsinə icazə verilməzdən öncə vergi qeydiyyatı yoxlanılmalıdır.
- Vergi qeydiyyatı olmayan obyektlər ucun cərimələr artırılıb.
- Bazar idarəçiləri hər rüb vergi orqanlarına hesabat təqdim etmək məcburiyyətindədir.
(Bu qaydalar kənd təsərrüfatı bazarlarına şamil edilmir.)
Fiziki Şəxslərin Gəlir Vergisində Yeniliklər
- 45,000 AZN-ə qədər illik gəliri olan mikro bizneslər gəlir vergisindən 75% azadolma əldə edəcək.
- Proqramçılar, tərcüməçilər, reklam və dizayn xidmətləri göstərən fiziki şəxslər də bu güzəştdən faydalanacaq.
Vergi Sanksiyaları Artırılıb
Yeni dəyişikliklər vergi pozuntularına dair daha ciddi sanksiyalar tətbiq edir:
- Transfer qiymətləri və nəzarət olunan xarici müsəssis arayışı gecikdirildikdə 6,000 AZN cərimə tətbiq olunacaq.
- Vergi qeydiyyatsız obyektin işləməsinə icazə verən bazar səhmdarlarına 2,000 - 6,000 AZN aralığında cərimə qoyulacaq.
ƏDV Güzəştləri və Yeniliklər
- Teatr tamaşalı, muzey ziyarətləri və kinoteatr bilet xərcinin bir hissəsi 1 iyul 2025-dən etibarən ƏDV olaraq gəri qaytarılacaq.
- Texnologiyalar Parkı rezidentləri üçün ƏDV və gəlir vergisi güzəşti 10 il uzadılır.
Defence Law Office İlə Vergi Strategiyanızı Optimallaşdırın!
2025-ci il vergi qanunları biznesinizə ciddi təsir göstərə bilər. Defence Law Office olaraq sizə:
- Vergi planlaması
- Mikro bizneslər üçün optimal vergi strategiyaları
- Vergi sanksiyalarının azaldılması
- Vergi yoxlamalarının idarə olunması
üzrə peşəkar höquqi dəstək təklif edirik. Sizin biznesiniz bizim prioritetimizdir!
Bizimlə əlaqə saxlayın və yeniliklərdən vaxtında faydalanın!