Şifahi məsləhət almaq ödənişlə həyata keçirilir və yalnız hər hansı bir xidmət görülməsi ilə bağlı müqavilə bağlanarsa şifahi məsləhət üçün ayrıca ödəniş tələb edilmir.
Şifahi məsləhətlər yalnız ofisə yaxınlaşmaqla ala bilərsiniz. Zəng vasitəsi ilə məsləhət verilmir. Öncədən gələcəyiniz saata görüş təyin etməyiniz zəruridir.
Müracət etmiş vətəndaşın əməkdaşımızla danışdığı bütün söhbətlər gizli olaraq saxlanılır və 3-cü şəxslərə Sizin işlə bağlı heç bir məlumat verilmir. Məlumatların gizliliyinə 100% zəmanət veririk.
Xeyr. Ali məhkəmənin plenium qərarına əsasən artıq bir dəfə aldığnız alimenti yaşayış minumuna uyğun olaraq indeksasiya edilməsi üçün məhkəməyə müraciət edirsiniz və həmin qərara əsasən icra məmuru Sizin alimenti hər il artıma uyğun tutaraq Sizə verir.
Ölmüş şəxsin Miras qoyduğu əmlak varsa və Siz həmin əmlakı qəbul edirsinizsə Siz əmlakın dəyəri miqdarında onun borclarınıda qəbul etmiş olursunuz. Əgər şəxsin borclarını qaytarmaq istəmirsinizsə mirasdanda imtina etməlisiniz